Hitlerin "Mercedes" maşını satılır - FOTO

Avtobazar 21 Dekabr 2017 17:12 Oxunub 3630
Hitlerin "Mercedes" maşını satılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Satışdan gələn pulla Holokost qurbanları anılacaq

Faşist Almaniyasının lideri olan Hitlerin maşını satılır. Avtosfer.az-ın İstiPress-ə istinadən məlumatına görə, tarixin ən qorxulu diktatorlarından biri hesab edilən Hitlerin xidməti maşını yanvar ayında hərraca çıxarılacaq. Söhbət 1939-cu ildə istehsal edilən "Mercedes-Benz 770K Grosser Open Tourer"dən gedir. Hərracdan əldə ediləcək pulun bir hissəsi Holokostun (yəhudi soyqırımı) tədrisi üçün xərclənəcək. Hitler bu maşından 1939-1941-ci illərdə istifadə edib. Adətən maşın faşistlərin keçirdiyi xüsusi mərasimlərdə iştirak edən xüsusi qonaqlara xidmət göstərirdi.  Standart xüsusiyyətlərindən başqa fürerə xidmət edən maşının alt, yan hissələri zirehlidir, gülləkeçirməz ön şüşə, hər hansı təhlükə anında işə düşən və oturacaqların arasında yerləşən zirehli panel də var. 230 at gücündəki maşının mühərriki 7,7-dir. 

 
 
 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh