Qayda pozmağı bəs deyil, hələ küçəyə zibil də atır – 99 AE 755 - VİDEO

Xəbərlər 22 Dekabr 2017 23:14 Oxunub 3795
Qayda pozmağı bəs deyil, hələ küçəyə zibil də atır – 99 AE 755 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki qayda pozuntusuna görü sürücünü 80 manat cərimə gözləyir

Dekabrın 21-də Bakının Yasamal rayonu ərazisində ard-arda iki dəfə qayda pozan sürücünün idarə etdiyi avtomobilin görüntüləri başqa bir sürücünün maşınındakı kamera tərəfindən qeydə alınıb. Avtosfer.az-a göndərilən videodan məlum olur ki, “Nissan” markalı, 99 AE 755 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əvvəlcə manevr qaydasını pozur. O, düzünə hərəkət edərkən Moskva prospektindən qəflətən istiqaməti dəyişərək sağa – “20 Yanvar” dairəsinə gedən yola daxil olur. Az sonra isə sürücü içdiyi energetik içkinin qabını küçəyə ataraq saymazyana hərəkətlər edir. Bununla da sürücü həm manevr qaydasını pozur, həm də küçəyə zibil atır. Hər iki qayda pozuntusuna görü sürücünü 80 manat cərimə gözləyir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh