Dünyanın ən uzun şüşə körpüsü tikilib

Texnologiya 22 Dekabr 2017 09:40 Oxunub 1321
Dünyanın ən uzun şüşə körpüsü tikilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Körpüyə eyni zamanda 500-ə qədər insan daxil ola biləcək

Çinin Xebey əyalətində yeni ən uzun şüşə körpünün tikintisi başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, o, artıq qarşıdan gələn bazar günü turistlərin üzünə açıq olacaq. "China Daily" qəzetinin məlumatına görə, körpünün uzunluğu 488, eni 2 metrdir. O, Xunyaqu mənzərəli rayonunda, Şiszyaçjuan şəhərinin ətrafında yerləşir və iki şaquli qayanı birləşdirir. Körpünün qurulmasında 1077 şəffaf şüşə panelindən istifadə edilib. Arxitektura obyektinin ümumi çəkisi 70 tondur. Körpü elə qurulub ki, ziyarətçilər onun mərkəzinə keçəndə o, yellənir. Amma buna baxmayaraq ki, konstruksiya 2 minə qədər insanın ağırlığına dözümlüdür. Körpüyə eyni zamanda 500-ə qədər insan daxil ola biləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh