Bu küçəyə giriş qadağan edildi – 60 manat 3 bal - VİDEO

Avtoxəbər 22 Dekabr 2017 22:09 Oxunub 5360
Bu küçəyə giriş qadağan edildi – 60 manat 3 bal - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq Bülbül küçəsindən sola dönmək olmaz

Bakıda yol hərəkətinin təşkili ilə bağlı daha bir dəyişiklik edilib. Belə ki, nəqliyyat vasitələrinin Bülbül küçəsinin metronun “Sahil” stansiyasının yanındakı kəsişməsindən sola – Üzeyir Hacıbəyli küçəsinə dönməsi qadağan edilib. Avtosfer.az xəbər verir ki, artıq bu gün həmin küçəyə 3.1 - “Giriş qadağandır” nişanı qoyulub. Lakin bəzi sürücülər nişana əhəmiyyət vermədən hərəkəti davam etdirilər. Ərazidə xidmət aparan yol polisləri hələlik heç kimə cərimə yazmasa da, sabahdan qayda pozanlar cərimələnəcək.

Bu küçəyə giriş yalnız Rəşid Behbudov küçəsindən sola dönməklə və ya Üzeyir Hacıbəyli küçəsiylə (Hökumət evinin arxasından) düzünə gələrək daxil olmaq mümkündür. Yəni, qısaca olaraq deyək ki, “Sahil” bağının alt hissəsindəki yolda hərəkət birtərəfli olub. Küçəyə giriş yalnız Rəşib Behbudov küçəsindən mümkündür.

Bu qaydanı pozanları İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 bal, 60 manat cərimə gözləyir.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh