Formula-1-ə görə Xaqani küçəsində baryerlər qoyulur

Yarışma 22 Dekabr 2017 17:14 Oxunub 1457
Formula-1-ə görə Xaqani küçəsində baryerlər qoyulur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında avtomobillərini yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər"

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində baş tutacaq növbəti Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırmağa davam edir. Avtosfer.az xəbər verir ki, BŞH-dən verilən məlumata görə, hal-hazırda Xaqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur. “Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00-06:00) Xaqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər. Əməliyyat şirkəti hamını yeni mövsümdə yenidən “İlin ən yaxşı yarışı” adına layiq bir yarışa ev sahibliyi etmək üçün birgə səy göstərməyə və qarşılaşdıqları çətinlikləri anlayışla qarşılamağa çağırır”, - deyə məlumatda bildirilir.

 

Fuad

ŞƏRH YAZ
Ad

E-mail

Şərh