Bakıda qeyri-adı avtomobil oğurluğu baş verib

Xəbərlər 23 Dekabr 2017 00:33 Oxunub 2802
Bakıda qeyri-adı avtomobil oğurluğu baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu qədər kameranın olmasına rəğmın avtomobil hələ də tapılmayıb

Bakıda oğurluq hadisəsi baş verib. Qaziler.az saytı xəbər verir ki, dünən axşam yaşadığı evin həyətindən Bakı şəhər sakini Rahib Kamal Rasim oğluna məxsus 10 HM 789 dövlət nömrə nişanlı "VAZ-2106" markalı “Jiqulu” avtomobili oğurlanıb. Zərərçəkənin verdiyi məlumata görə, hadisə təxminən axşam saat 22 radələrində baş verib. Rahib Kamal dərhal 102 xidmətinə zəng edərək Daxili İşlər Nazirliyinə məlumat verib.

Amma hələ də oğurlanmış avtomobildən xəbər yoxdur.

Qeyd edək ki, bu Bakıda baş verən qeyri-adi avtomobil oğurluğudur. Çünki avtomobil vətəndaşın birbaşa həyətindən oğurlanıb. Və bu qədər müşahidə kameralarının olmasına rəğmın avtomobil hələ də tapılmayıb. Sanki “Jiquli” qeyb olub!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh