Unikal "Bugatti" superkarı satılacaq

Avtodünya 23 Dekabr 2017 12:39 Oxunub 1428
Unikal "Bugatti" superkarı satılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maksimal sürəti 343 km/saatdır

Gələn ilin yanvar ayında RM Sotheby’s hərracında Bugatti EB110 GT superkarı satılacaqdır. Bu superkar 1991-1995-ci illər arasında buraxılmış 139 avtomobillərdən biridir. O zamanlar avtomobil 380 min dollar idi. İndi isə superkarın satışından 950 min dollar əldə etmək planlaşdırılır.

Satışa çıxarılan avtomobilin sifarişi 1993-cü ilin oktyabrında daxil olub. Superkar noyabr ayında hazır olsa da, iqtisadi vəziyyət ucbatından satılmamışdır.  1995-ci ilə qədər avtomobil dilerdə qalıb və həmin il Almaniya sakini Avqust Nyühterə satılıb.

Doxsanıncı illərin sonunda Nyühter ABŞ-a köçüb və Bugatti superkarını da özü ilə aparıb.  Lakin, avtomobil sertifikasiya keçməli və amerikan yollarında hərəkət etmək üçün icazə almalı idi. Həmin icazə 2005-ci ilkdə alınmışdır. O zamana qədər superkar qarajda saxlanılıb. Orijinal rəngini, şassisini və güc qurğusunu qoruyan avtomobil 2017-ci ildə texniki xidmətdən keçib.

Bugatti EB110 GT superkarı 4540 kilometr yürüş edib. Superkar 550 at qüvvəsi hasil edən 3,5-litrlik dörd turbinalı V12 mühərriki ilə təchiz edilir. Superkar yerindən 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənirdi. Onun maksimal sürəti 343 km/saatdır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh