Hacıqabulda qəza olub, 2 nəfər ağır xəsarət alıb

Avtoxəbər 24 Dekabr 2017 14:05 Oxunub 1345
Hacıqabulda qəza olub, 2 nəfər ağır xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər ikisi Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib

Bu gün Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində, Atbulaq kəndi ərazisində ağır qəza olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, "Oka" markalı avtomobili idarə edən Şirvan sakini, 1984-cü il təvəllüdlü Ağayev Emil Nəriman oğlu avtomobili yolun kənarında saxlayaraq yola tökülmüş taxtaları götürmək istəyib.

Bu zaman Rəşad adlı sürücünün taksi kimi istifadə etdiyi "Daewoo" markalı avtomobil E. Ağayevi vurub, sonra da yoldan çıxaraq aşıb. Nəticədə E. Ağayev və "Daewoo" markalı avtomobilin sərnişini, 1979-cu il təvəllüdlü Həsənova Vəsilə ağır xəsarət alıb. Onların hər ikisi Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh