Tıxac zamanı sərnişin avtobusu qaydanı belə pozdu - VİDEO

Avtosfer TV 25 Dekabr 2017 12:13 Oxunub 1742
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Birtərəfli yola qarşı tərəfdən daxil olaraq sıxlığı daha tez keçmək niyyətinə düşüb

Tıxac zamanı qaydaları pozmağa çalışan avtobus sürücüsü avtomobillərdən birinin kamerasına düşüb. Qayda pozuntusu ötən gün, Bakının Bakıxanov rayonu "Razin talkuçkası” kimi tanınan alış-veriş mərkəzinin yanında baş verib. 49 nömrəli sərnişin avtobusu alış-veriş mərkəzindən üzü Qaraçuxur, Günəşli istiqamətində yaranan böyük sıxlığa səbirsiz olaraq, satış mərkəzindən üzü Neftçilər istiqamətində hərəkətdə olan avtamobillərin yolunu kəsərək, girişin qadağan olunduğu, birtərəfli yola qarşı tərəfdən daxil olaraq sıxlığı daha tez keçmək niyyətinə düşüb. Lakin bu addımın bir çarə olmadığı görən sərnişin avtobusunun sürücüsü çətinliklədə olsa geriyə qayıdaraq üzü Bakıxanov stansiyası tərəfə hərəkət edib. Bu addımla da, 49 nömrəli avtobusun sürücüsü Yol hərəkəti qaydalarının inzibati xətalarına görə 327.2. maddəsi ilə 3.1 "Giriş qadağandır" yol nişanının tələbini pozub.

Qeyd edək ki, bu maddə ilə sürücü altımış manat 3 bal cərimə olunur.

Həmin görüntüləri sizlərə təqdim edirik.

 

pressaz.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh