Hadisə yerindən yayınan sürücü saxlanıldı

Qaydalar 25 Dekabr 2017 19:26 Oxunub 1313
Hadisə yerindən yayınan sürücü saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadını vurub qaçan Elman Musayev istintaqa təhvil verilib

Dekabrın 22-də Gəncə şəhərinin Xətai prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Rüstəmova vurulub. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib. Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtobusla törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən  qeyd edilən avtobusun sürücüsü - şəhər sakini Elman Musayev saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.  

 

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh