Gəncə traktorları Türkiyədə yığılacaq

Texnologiya 25 Dekabr 2017 17:26 Oxunub 1563
Gəncə traktorları Türkiyədə yığılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Xanlar Fətiyev yaxın günlərdə müqavilə imzalanacağını bildirib

Gələn il Türkiyədə Gəncə avtomobil zavodunun filialının açılışı nəzərdə tutulur. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Gəncə avtomobil zavodu İstehsalat Birliyinin müşahidə şurasının sədri, millət vəkili Xanlar Fətiyev İstehsalat Birliyində ilin yekunlarına həsr edilmiş yığıncaqda deyib.

X.Fətiyev deyib: "Növbəti ildə Gəncə traktorlarının Türkiyədə yığılmasına nail olmaq istəyirik. Bununla da müəssisəmizin texnikalarının üçüncü ölkələrdə satışını təşkil etməyi düşünürük. Məlumat üçün deyim ki, Gəncə avtomobil zavodu İstehsalat Birliyinin həm Gürcüstanda, həm də Türkiyədə nümayəndəliyi fəaliyyət göstərir ".

Xanlar Fətiyev yaxın günlərdə Aqrolizinq ATSC ilə 1000 traktor və 700 traktor qoşqusu ilə bağlı müqavilə imzalanacağını bildirib.

 

Tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh