Bu sürücünün bir dəqiqədə pozduğu qaydalara baxın – VİDEO

Avtoreyd 25 Dekabr 2017 21:02 Oxunub 4205
Bu sürücünün bir dəqiqədə pozduğu qaydalara baxın – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Protiv” getmək, qəza şəraiti yaratmaq, manevr, dayanma-durma...

Dekabrın 22-də Bakı-Ələt yolunda əks istiqamətə çıxaraq axına qarşı hərəkət edən sürücü digər sürücülərə qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, 90-KB-345 qeydiyyat nişanlı "QAZ-31105" markalı avtomobilin sürücüsü Bakı-Ələt yolunun 45-ci kilometrində tam olaraq əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. Sürücü əks istiqamətdə hərəkət etdikdən sonra qarşıdan avtomobillərin gəldiyini görərək qəfil sağa dönməklə hərəkət istiqamətini dəyişib. Videodan aydın şəkildə görünür ki, sürücü hərəkət istiqamətini dəyişən zaman digər avtomobillərə qəza şəraiti yaradıb. Bundan sonra sol tərəfdəki sürətləndirmə zolağında dayanaraq dayanma durma qaydasını da pozub.

Ümid edirik ki, bu sürücü barəsində DYP idarəsi ciddi tədbir görəcək.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh