Köhnə maşınların hissələrindən yeni avtomobil düzəltdi - VİDEO

Avtosfer TV 25 Dekabr 2017 23:37 Oxunub 1262
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi yolsuzluq maşınının ancaq ban hissəsi yığılmalıdır

Göygöl sakini köhnəlib sıradan çıxmaq üzrə olan "Niva"sını modifikasiya edərək ona ikinci "həyat" verib. Köhnə "Niva"nın hissələrini "UAZ" markalı avomobilin detalları ilə kombinə edərək daha dayanıqlı yolsuzluq maşını əldə edib. Avtosfer.az-ın məlumatına görə, Göygöl rayonunun dağlıq ərazisində yerləşən Qarabulaq kəndində yaşayan Sakit Şəfiyev deyir ki, bu qərara gəlməsi təsadüfi deyil. Çünki o, çətin şəraitdə avtomobilin dayanqılı olması üçün başqa çıxış yolu tapmayıb. İndi maşının ancaq ban hissəsi yığılmalıdır. Bu işdə Sakit Şəfiyevə oğlu Xeybər kömək edir. O, əvvəlki işlərdə də atasının əlindən tutub.

Sakit Şəfiyevin bu yeniliyi kənd sakinlərinin də marağına səbəb olub. Onlar da deyir ki, kəndin dağlıq hissəsi üçün yeni nəqliyyat vasitəsi ideal seçimdir.

Usta deyir ki, bu avtomobili başa çatdırandan sonra yeni maşın düzəldəcək. Yeni düzəldəcəyi avtomobil isə əsl qış texnikası kimi işləyəcək və təkərləri də tırtıllarla əvəz edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh