Qatı duman qəzaya səbəb oldu - yaralılar var - VİDEO

Qaydalar 26 Dekabr 2017 00:20 Oxunub 1361
Qatı duman qəzaya səbəb oldu - yaralılar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müşahidə olunan dumanlı hava şəraiti hələ də davam edir

Bakı-Şamaxı-Yevlax yolunda qatı duman nəqliyyatın hərəkətində problem yaradıb. Avtosfer.az xəbər verir ki, iki gündür Qobustan və Şamaxı rayon ərazilərində müşahidə olunan dumanlı hava şəraiti hələ də davam edir. Əsasən də axşam saatlarından etibarən duman daha da çoxalıb. Qobustan, Ağsu, Muğanlı və İsmayıllı istiqaməti ilə gedən avtomobillərin hərəkətində çətinlik yaranıb. Bəzi sürücülər avtomobillərini yol kənarında saxlamalı olublar. Dumana görə qəza da olub. Hadisədə 3 nəfər xəsarət alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh