Bakıda ölüm saçan yük maşını - Qəzadan son anda qurtuluş - VİDEO

Xəbərlər 26 Dekabr 2017 08:31 Oxunub 2867
Bakıda ölüm saçan yük maşını - Qəzadan son anda qurtuluş - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə sürücülər yalnız özlərini düşünürlər

Avtosfer.az-ın daimi oxucularından biri Səbuhi Səfərov qayda pozan yük avtomobili sürücüsünün videosunu göndərib. Video Bakıda çəkilib. 99 KR 660 dövlət nömrə nişanlı yük avtomobili soldan yola çıxıb. Sağa baxmadan birbaşa yola çıxan sürücü qəza şəraiti yaradıb. Minik avtomobilinin sürücüsü cəmi bir saniyə də diqqətsizlik etmiş olsaydı qəza baş verə bilərdi.

Həmin avtomobilin sürücüsünün qayda pozuntusu bununla bitmir. Onun dövlət nömrə nişanı çirkli vəziyyətdədir və normal görsənmir. Üstəlik, sürücü yükdaşıma qaydalarını da pozub. Armatur daşıyan sürücü avtomobilin kuzovundan kənara çıxan yükü işarələməyib. Bu isə digər yük avtomobili sürücüləri üçün təhlükə yarada bilər.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh