Bu qərar benzinin qiymətini qaldıracaqmı?

Yazarlar 26 Dekabr 2017 11:31 Oxunub 1558
Bu qərar benzinin qiymətini qaldıracaqmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Əgər qiymət artımları baş verəcəksə belə artımların iqtisadi əsası olmayacaq”

Ötən gün aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iqtisadçı ekspert Vuqar Bayramov Nazirlər Kabinetiin bu qərarının benzinin qiymətini qaldırıb qaldırmayacağını şərh edib. İqtisadçı bildirib ki, bə qərar yeni qiymət artımlarına səbəb olub-olmaması barədə suallar yaradıb. V.Bayramov xatırladıb ki, Nazirlər Kabinetinin 14 iyul 2017-ci il qərarı ilə, Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilmişdi və aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilmişdi: “Son qərar faktiki olaraq bu ilin iyulunda endirilmiş dərəcələrinin əvvəlki səviyyəyə yüksəldilməsini nəzərdə tutur. Yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən üçün bu Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək. Həmin benzinlərə tətbiq edilən aksız dərəcələri dəyişdirilməyib. Eyni zamanda, daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ 92 markalı benzindir. Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir. Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzinin istehsalı azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir. Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzinlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə belə artımların iqtisadi əsası olmayacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh