Bakıda “təyyarə sürəti ilə” hərəkət edən maşına MMX protokol gəldi– FOTO

Xəbərlər 26 Dekabr 2017 11:33 Oxunub 10571
Bakıda “təyyarə sürəti ilə” hərəkət edən maşına MMX protokol gəldi– FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP deyir ki, həmin elektron protokolda texniki səhv baş verib

Bakıda Dövlət Yol Polisinin elektron protokolu sürücünü təəccübləndirib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir, Bilgəh-Nardaran-Pirşağı yolunda avtomobil sürət həddini aşdığı üçün sürücüyə maraqlı elektron  protokol gəlib. Belə ki, protokola baxanda məlum olur ki, qeyd edilən yolda Kürdəxanı istiqamətində hərəkət edərkən maksimal sürət 110 km/saat olduğu halda, avtomobil 623 km/saat sürətlə idarə edilib. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, Azərbaycanda 623 km/saat sürətlə hərəkət edən avtomobil olmadığından bu texniki səhvdir: “Həmin elektron protokolda texniki səhv baş verib. Sürücü məsələnin həlli ilə bağlı DYP idarəsinə müraciət etməlidir”.

Qeyd edək ki, 623 km/saat təxminən təyyarənin uçuş sürətinə bərabərdir.

https://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTcvMTIvMjYvMTAvNTgvMTAvMTA3LzMuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM2UiXV0?sha=131ab8bd

ŞƏRH YAZ
Ad

E-mail

Şərh