Nəqliyyat qoçuları ilə daha bir dava – FOTOLAR

Xəbərlər 23 Dekabr 2014 14:22 Oxunub 2369
Nəqliyyat qoçuları ilə daha bir dava – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Salyanda nəqliyyat müfəttişləri ilə sürücülər arasında əlbəyaxa dava baş verib

Dekabrın 23-də saat 12:30 radələrində Ələt-Astara magistral yolunun Salyan rayon ərazisindən keçən hissəsində nəqliyyat müfəttişləri ilə sürücülər arasında əlbəyaxa dava baş verib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Nəqliyyat Departamentinin əməkdaşları yolla hərəkət edən 90 BC 834 nömrə nişanlı “Qazel” markalı maşını saxlayıblar. Nəqliyyatçılar həmin maşının sürücüsünə -  Cəlilabad rayonu, Alar kənd sakini Əliyar Hüseynova güc tətbiq ediblər. Onu maşından zorla düşürərək fiziki təzyiqlərə məruz qoyublar. Nəticədə sürücünün paltarları cırılıb. Yoldan keçən digər sürücülər isə bununla bağlı müfəttişlərə irad bildiriblər. Mübahisə getdikcə qızışıb. Nəqliyyat müfəttişləri digər sürücülərə qarşı da kobudluq etməyə başlayanda  tərəflər arasında əlbəyaxa dava düşüb. İnsidentə polis müdaxilə edib. Yalnız Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının səyləri ilə davanın qarşısı alınıb. İnsident iştirakçıları polis şöbəsinə aparılıb. Dava nəticəsində Ələt-Astara yolu bağlanıb, yolun 51-ci kilometrliyində nəqliyyatın hərəkəti müəyyən müddətə məhdudlaşıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh