Bakıda tıxacda qalan təcili yardım həkimi fəryad etdi: "Ölən var, yol verin" - VİDEO

Avtosfer TV 26 Dekabr 2017 23:52 Oxunub 6791
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Həkim hamıdan xahiş edir, hətta qışqırır ki, ölən var, yol verin"

Bu gün axşam saatlarında Bakının Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində dəhşətli tıxac yaranıb. Avtosfer.az xəbər verir ki, həmin ərazidə olan jurnalist Mahir Məmmədlinin verdiyi məlumata görə, bu tıxacda təcili tibbi yardım maşını heç cür yol tapıb gedə bilmir: "Axırda həkim özü düşdü, başladı yolu açmağa. Amma bu vəziyyətdə sürücüləri də qınamaq olmur. Tıxacdan tərpənmək mümkün deyil. İstəsək belə həkimə, təcili tibbi yardım avtomobilinə yol verə bilmirik".

M.Məmmədli onu da bildirir ki, həkim çox həyəcanlı halda sürücülərə müraciət edib: "Həkim hamıdan xahiş edir, hətta qışqırır ki, ölən var, yol verin!"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh