Bakıda əlil arabasını oğurladılar

Gündəm 27 Dekabr 2017 15:13 Oxunub 902
Bakıda əlil arabasını oğurladılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Birinci qrup əlilə məxsus arabanı “blok”dan aparıblar

Səbail rayonunda qeyri-adı oğurluq hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Neftçilər prospekti, ev 91, mənzil 49-da yaşayan 1964-cü il təvvəllüdlü Azadə Abbas qızı Hüseynova Səbail rayon Polis İdarəsinə ərizə yazaraq bildirib ki, dekabrın 12-də həyat yoldaşı, 1-ci qrup əlil, 57 yaşlı Cavanşir Aydın oğlu Vahabova məxsus olan əlil arabasını yaşadığı evin 1-ci mərtəbəsinə (bloka) qoyub. Dekabrın 23-də saat 19:00-da arabanın oğurlanmasını aşkar edib. Hazırda Səbail polisi oğrunu axtarır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh