Gəncədə sərxoş halda yolu keçən iki piyadanı maşın vurdu

Qaydalar 28 Dekabr 2017 00:47 Oxunub 1337
Gəncədə sərxoş halda yolu keçən iki piyadanı maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar qəzanı törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıblar

Gəncə şəhərində iki piyadanı avtomobil vurub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Hər iki yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, yaralılardan birinin ayağı sınıb, digəri isə kəllə-beyin travması alıb. Bunlar Daşkəsən rayon sakinləri - 1972-ci il təvəllüdlü Etibar Bağırov və 1963-cü il təvəllüdlü Qafqaz Rəhimovdur. Onların sərxoş vəziyyətdə yolu keçdikləri bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh