Bakıda iki maşın toqquşdu, sürücülər dalaşdı

Avtoxəbər 28 Dekabr 2017 01:42 Oxunub 1582
Bakıda iki maşın toqquşdu, sürücülər dalaşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük maşını qəfildən onun yoluna çıxıb və qəzaya səbəb olub

Bakının Xətai rayonu ərazisində iki avtomobil toqquşub. Avtoqəza metronun "Xətai" stansiyasının yaxınlığında, Süleyman Vəzirov küçəsində baş verib. Məlumata görə, "Ford" markalı kiçik tutumlu yük maşını ilə "Mercedes" markalı minik maşınının toqquşması sonradan sürücülərin mübahisəsi ilə müşahidə edilib. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü digər sürücüyə yumruqla xəsarətlər yetirib. Onun iddiasına görə, həmin sürücünün idarə etdiyi yük maşını qəfildən onun yoluna çıxıb və qəzaya səbəb olub.

Əraziyə sonrada Xətai RPİ-nin əməkdaşları və təcili tibbi yardım xidməti cəlb edilib. Yumruq zərbələri alan "Ford"un sürücüsünə hadisə yerində ilkin tibbi yardım göstərilib. Bundan sonra hər iki sürücü ifadələrinin alınması üçün polis orqanına aparılıb.

 

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh