Bakıda adam öldürən avtobus sürücüsü ilə bağlı - Biabırçı xəbər

Qaydalar 28 Dekabr 2017 01:46 Oxunub 4175
Bakıda adam öldürən avtobus sürücüsü ilə bağlı - Biabırçı xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və əmək müqaviləsi yoxdur

Bakıda marşrut avtobusunun törətdiyi ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Nərimanov rayonu Ağa Nemətulla küçəsində (metronun "Nərimanov stansiyasının yaxınlığı") Kürdəmir sakini Ağadadaş Qasımovun idarə etdiyi "Daewoo" markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub öldürməsindən sonra aparılan araşdırmalar zamanı məlum olub ki, sürücünün marşrut avtobusunu idarə etməyə hüquq verən müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmayıb. Həmçinin hadisəni törədən sürücü ilə onu işə götürən daşıyıcı şirkət arasında əmək müqaviləsinin bağlanmaması da üzə çıxıb.

Bildirilir ki, qəzanı törədən sürücü saxlanılıb. Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

*****

Bakıda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib. Lent.az xəbər verir ki, Nərimanov rayonu Ağa Nemətulla küçəsində (metronun "Nərimanov stansiyasının yaxınlığı") Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi "Daewoo" markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub. Ağır xəsarət alan 66 yaşlı qadın hadisə yerində ölüb. Lent.az-ın əldə etdiyi məlumata görə, qəzanı törədən avtobus 202 saylı marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olurmuş.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh