Sürücü hərəkəti hansı istiqamətdə davam etdirə bilər? – DOĞRU CAVAB

Yarışma 28 Dekabr 2017 09:41 Oxunub 4352
Sürücü hərəkəti hansı istiqamətdə davam etdirə bilər? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qayadaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

İcazə verilən maksimal kütləsi 12 ton olan yük avtomobilinin sürücüsü yaşayış məntəqəsindən kənar yolda intensiv hərəkətin olduğu belə şəraitdə hərəkətini hansı istiqamətdə davam etdirə bilər? 

a) Bütün istiqamətlərdə;

b) Yalnız düzünə, sola və ya geriyə;

c) Yalnız sola və ya geriyə.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinin V hissəsinə uyğun olaraq, eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir. Qanunun 42-ci maddəsinin VI hissəsinə əsasən, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: İcazə verilən maksimal kütləsi 12 ton olan yük avtomobilinin sürücüsü yaşayış məntəqəsindən kənar yolda intensiv hərəkətin olduğu belə şəraitdə hərəkətini yalnız sola və ya geriyə davam etdirə bilər.

Suala ilk doğru cavabı Anar adlı oxucumuz verib. Onu təbrik edirik

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh