Sürücü sükan arxasında öldü - AĞDAMDA

Avtoxəbər 23 Dekabr 2014 14:46 Oxunub 1727
Sürücü sükan arxasında öldü - AĞDAMDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ürəyi tutan sürücünün ölməsi qəzaya səbəb olub

Ağdamda ürəyi tutan sürücünün ölməsi qəzaya səbəb olub. Ağdam rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1943-cü il təvəllüdlü Hüseynov Sevindik Qara oğlu sükan arxasında keçinib. Nəticədə onun idarə etdiyi “VAZ 2106” markalı minik maşını əvvəlcə yoldan çıxaraq əkin sahəsinə girib. Yenidən avtomobil yoluna qayıdan “VAZ 2106” “Mercedes” markalı minik maşınına çırpılıb. Nəticədə “VAZ-2106”-da olan 1990-cı il təvəllüdlü Həbibova Elnurə Tariyel qızı xəsarət alıb. Hadisə ani baş verdiyindən arxa oturacaqda oturan E. Həbibova nə baş verdiyini qəzadan sonra anlayıb. E.Həbibova Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh