“Prado” sürücüsündən qorxunc hərəkət: Maşını gülsatanın üstünə sürdü - VİDEO

Avtoreyd 28 Dekabr 2017 10:51 Oxunub 3713
“Prado” sürücüsündən qorxunc hərəkət: Maşını gülsatanın üstünə sürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bundan əvvəl isə başqa bir avtomobilin yoluna çıxaraq qəza şəraiti yaradıb

Dekabrın 24-də paytaxtda qayda pozaraq digər sürücüyə qəza şəraiti yaradan avtomobilin görüntüsü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, Nabatxanım Aşurbəyova küçəsindən sola - Məhəmməd Naxçıvani küçəsinə dönən 99-AE-383 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü sağdan gələn avtomobilə yol verməyərək ona qəza şəraiti yaradıb. Bu azmış kimi həmin sürücü hərəkət sürətini artıraraq avtomobili qarşıda yolun kənarında gül satan şəxsin üzərinə sürüb. Piyada qəfil geri çəkilərək avtomobilin onu əzməsindən son anda qurtuldu.

Qeydə alınmış videonu sizə təqdim edirik:

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh