Anasının əlindən qaçan uşaq ölümdən son anda qurtuldu – Xırdalanda - REAL VİDEO

Avtosfer TV 28 Dekabr 2017 23:24 Oxunub 5200
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü vaxtında reaksiya verə bildiyi üçün hadisədən son anda yayına bilib

Dekabrın 28-də Xırdalan şəhərində yolun hərəkət hissəsini nəzərdə tutulmayan yerdən keçən piyadalar hərəkətdə olan avtomobilə qəza şəraiti yaradıblar. Avtosfer.az xəbər verir ki, Xırdalan şəhərinin Heydər Əliyev prospektində yolu keçmək istəyən bir ana və iki uşağı yolun hərəkət hissəsini qanunda nəzərdə tutulmayan yerdən keçən zaman uşaqlardan biri qəfil qaçaraq avtomobilin qarşısına çıxıb. Sürücü vaxtında reaksiya verib qəfil əyləci basdığına görə hadisədən son anda yayına bilib.

Hamıya məlumdur ki, ölkəmizdə piyadaların yol hərəkəti qaydaları haqqında bilikləri çox aşağı səviyyədədir. Qaydaları bilənlər isə məsuliyyətsizliyin nəticəsində intizamsızlıq edirlər. Bu isə sonda ölümlə nəticələnən yol qəzalarına səbəb olur.

Uşaqlarınızı sevdiyiniz kimi onlara qaydaları sevdirin. Onların faciəvi ölümü sizi ömürlük peşman edə bilər!

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh