Rusiya Azərbaycan sərhədinə qədər olan yolun adını dəyişdi

Yeniliklər 29 Dekabr 2017 08:45 Oxunub 1252
Rusiya Azərbaycan sərhədinə qədər olan yolun adını dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək

2018-ci ilin 1 yanvar tarixindən etibarən Rusiya federal yollarının nömrələri dəyişdiriləcək, çünki "avtomobil yollarının yeni uçot nömrələrinə keçid başa çatacaq". Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Yol Agentliyinin məlumatında bildirilir. Dəyişikliklərə əsasən, Krasnodardan Azərbaycanla sərhəddə qədər uzanan "Qafqaz" M-29 yolu bundan sonra "Qafqaz" — R-217 adlanacaq. "R" işarəsi Rusiya Federasiyasının inzibati mərkəzlərini birləşdirən federal və regional əhəmiyyətli yollar üçün istifadə olunacaq. Dəyişikliklər bütün federal yollara toxunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh