İki milyon dollarlıq avtomobilin başına oyun açdılar - VİDEO

Avtosfer TV 29 Dekabr 2017 10:10 Oxunub 1532
İki milyon dollarlıq avtomobilin başına oyun açdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil 1500 at gücünə malikdir

İsveçin “Koenigsegg” şirkəti “Regera” avtomobil modelinin qəza testinin videosunu təqdim edib. Avtosfer.az xəbər verir ki, videoçarx istehsalçının “İnstaqram” hesabında dərc edilib. Videoçarxdan da görünür ki, “Regera” ən müxtəlif sınaqlara möhkəm dözür. Hiperkara yandan, öndən və arxadan zərbələr vurulur, həmçinin kömürsındıran çəkiclə zərbə endirilir. Bütün hadisələrdə avtomobilin kabinəsi öz formasını dəyişmir və təhlükəsizlik balışları yaxşı işləyir.

“Regera”nın tirajı cəmi 80 nüsxə təşkil edib. Onların hamısı satılıb. Hiperkar iki turbinli V8 mühərriki ilə təchiz edilib. Avtomobil 1500 at gücünə malikdir. Başlanğıcda avtomobilin dəyəri təxminən iki milyon dollar təşkil edirdi. (publika.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh