Metroda ilk pilotsuz qatar xəttə buraxılıb

Yeniliklər 30 Dekabr 2017 11:52 Oxunub 1292
Metroda ilk pilotsuz qatar xəttə buraxılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun maksimal sürəti saatda 80 kilometrdir

Pekində metro xəttinə ilk dəfə olaraq tam avtomatlaşdırılmış, pilotsuz qatar buraxılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb. "Yanfan" yeraltı dəmir yolunun yeni qolunun uzunluğu 14,4 kilometrdir. O, doqquz stansiyaya açılır. Xətt Pekin yaxınlığındakı Yanşanı Fanşan rayonu ilə birləşdirir. Burada eniş edib şəhərin mərkəzinə getmək mümkündür. Qeyd edilir ki, qatar Çində istehsal edilib. Onun maksimal sürəti saatda 80 kilometrdir. Qatarın tam avtomatlaşdırılmasına baxmayaraq, kabinədə fövqəladə hallara qarşı maşinist var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh