Avtomobil təmiri ilə bağlı vacib xəbər – Cərimə ləğv edilmədi

Yazarlar 30 Dekabr 2017 12:44 Oxunub 5586
Avtomobil təmiri ilə bağlı vacib xəbər – Cərimə ləğv edilmədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərimənin qüvvədə saxlanması çox vacib bir məsələni bir daha aktuallaşdırır

Təxminən bir ay əvvəl İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi barədə məlumat yayılmışdı. Avtosfer.az xəbər verir ki, söhbət sürücünün nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməsinə görə cərimənin (İXM-in 342.1.2-ci maddəsi və banı zədələnmiş nəqliyyat vasitələrinin DYP-nin (cinayət xarakterli hadisələr olduqda istintaq orqanının) arayışı olmadan təmirə qəbuluna görə cərimənin (İXM-in 345.2-ci maddəsi) ləğvindən gedirdi.

Bu gün birinci dəyişiklik artıq hüquqi qüvvəsini aldı, yəni maşında söhbət məsələsi ilə bağlı həmin "ölü" norma ləğv edildi.

Amma 2-ci məsələ qüvvəsində qalıb, yəni təmir yerləri və fərdi ustalar arayış  olmadan banı zədəli avtomobili təmirə qəbul edərlərsə, cərimələnə bilərlər.

Hörmətli ustalar, diqqətli olun, cərimə ləğv edilmədi, necə var idi, elə də qalır. Elə edin ki, problemlə üzləşməyəsiniz.

Bu cərimənin qüvvədə saxlanması çox vacib bir məsələni bir daha aktuallaşdırır. Zədələnmiş avtomobilin sahibinə bu barədə arayış verilməsi ciddi şəkildə yenilənməli və sadələşdirilməlidir. Əksər sürücülərin arayış üçün müraciət etməməsi həmin arayışı almaq üçün uzun müddət vaxt (bəzən bütöv 1 gün və daha çox) itirilməsi və DYP şöbəsin (bölməsinə) gedib izahat vermək və başqa bu kimi lüzumsuz uzun prosedurla bağlıdır. Bunu elə sadələşdirmək lazımdır ki, sürücünün məlumatı əsasında hadisə yerinə gələn inspektor elə yerindəcə 15 dəqiqəyə bu arayışı verə bilsin.

Xatırlatmaq istəyirəm ki, bu cərimə yalnız banı zədələnmiş, özü də bu zədənin yol-nəqliyyat hadisəsi olduğu halda müvafiq arayış olmadan həmin avtomobili təmirə qəbul edən usta və təmir yeri (fərdi sahibkar və ya hüquqi şəxs) barəsində tətbiq edilə bilər. Avtomobil sahibinə (srücüyə) isə buna görə heç bir cərimə tətbiq oluna bilməz. Avtomolin banı istismar prosesində deformasiyaya uğrayarsa, çürüyərsə, paslanarsa buna görə arayış lazım deyil.

 

Ərşad Hüseynov,

Hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Hesret 31 Dekabr 2017 11:18
Bizde mumkun deyil , ola biler kimden qorxullar ona cerme yaza bilmirler