"Porsche Mission E" barədə məlumat dərc olundu – FOTO + VİDEO

Avtobazar 30 Dekabr 2017 19:20 Oxunub 1463
"Porsche Mission E" barədə məlumat dərc olundu – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektrokarın satışlarına 2019-cu ildə başlanmalıdır

"Porsche" şirkətinin ilk elektrokarı olan Mission E modeli üç tam çəkişli modifikasiyada təklif ediləcək. Onlardan ən güclüsü 680 at qüvvəsinə malik olacaq. Sonradan modelin arxa çəkişli modifikasiyası da buraxılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən mənbələrinə istinadən Automobile Magazine nəşri yayıb. Porsche Mission E iki və üç motorlu konfiqurasiyalarda təklif ediləcək. Baza varinatının ümumi gücü 408 at qüvvəsi, orta variantın – 544 at qüvvəsi, top-variantın isə 680 at qüvvəsi olacaqdır. Arxadan çəkişli modifikasiya iki elektromotor variant ilə təklif ediləcəkdir: 326 və 435 at qüvvəsi. Bundan başqa, Misson E modeli üçün iki pilləli transmissiya və elektronika idarə edilən differensial işlənib-hazırlanacaq. Elektrokarın ən güclü variant 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcək. Onun gediş ehtiyatı 483 kilometr olacaq. Firma yükləmə qurğusu vasitəsi ilə batareyaların 80 faizini 20 dəqiqəyə doldurmaq mümkün olacaq. Porsche Mission E modeli Panamera liftbeki ilə bənzər qiymətə satılacaq. Elektrokarın satışlarına 2019-cu ildə başlanmalıdır.

http://autograph.az/images/63118_src.jpeg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh