Masallı sakini velosipedi faytona çevirdi - VİDEO

Xəbərlər 30 Dekabr 2017 23:40 Oxunub 1687
Masallı sakini velosipedi faytona çevirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əkrəm Cabbarov velosipeddən təsərrüfat işlərində də istifadə etmək istəyir

Masallı rayonu Xanaliyon kənd sakini Əkrəm Cabbarov köhnə velosiped hissələrini yığaraq faytonlu velosiped hazırlayıb. Avtosfer.az-ın məlumatına görə, belə bir faytonlu velosiped düzəltmək Əkrəmin çoxdankı arzusu olub. Bunun üçün Əkrəm Cabbarov lazım olan ehtiyat hissələrini topladıqdan sonra cəmi 25 gün vaxt sərf edib. Bu minik vasitəsi üç nəfər böyük, altı nəfər isə kiçik yaşlı uşağı rahat daşımaq mümkündür.

Əkrəm Cabbarov velosipeddən təsərrüfat işlərində də istifadə etmək istəyir.

Faytonlu velosipeddən istifadə edən kənd sakinləri də minik vasitəsinin çox rahat olduğunu deyirlər. Hətta kənd sakinləri azyaşlı övladlarını bu velosipedə mindirərək məktəbə yola salırlar.

Əkrəm Cabbarov velosipedi daha da təkmilləşdirərək uzaq səfərlərə çıxmaq istəyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh