Prezident yol açılışında – "Dərnəgül yolu" açıldı

Avtoxəbər 23 Dekabr 2014 17:46 Oxunub 3795
Prezident yol açılışında – "Dərnəgül yolu" açıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlham Əliyev Ziya Bünyadov prospektinin açılışında iştirak edib

Prezident İlham Əliyev dekabrın 23-də Bakının Ziya Bünyadov prospektinin yenidən qurulmasından sonra açılışında iştirak edib. Avtosfer.az-ın məlumatına görə, Prezident İlham Əliyev prospektin yenidən qurulması layihəsi əsasında yolun hazırkı texniki göstəricilərini əks etdirən stendə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov həyata keçirilən yenidənqurma işləri barədə dövlət başçısına məlumat verib.

Ziya Bünyadov prospektinin təmir və yenidənqurma işlərinə ötən ilin may ayında başlanılıb. Bu yol “Koroğlu” qovşağı ilə “Qələbə” dairəsini birbaşa birləşdirəcək. On iki zolaqdan ibarət olan prospekt boyu 11 yol qovşağı mövcuddur. Tunel və körpülərdən ibarət olan yol qovşaqları nəqliyyatın hərəkətinin intensivliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. 

Tunel tipli qovşaqların dördünün tikintisi prospektin yenidən qurulması işləri ilə bərabər həyata keçirilib. Bu işlər görülən zaman “Çermet” adlandırılan altızolaqlı körpü də tamamilə yenidən qurulub. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin sıxlığının aradan qaldırılması məqsədilə altızolaqlı yeni körpü də inşa olunub. Layihəyə uyğun olaraq prospekt boyunca piyadaların təhlükəsiz hərəkəti üçün 5 piyada keçidi də inşa edilib.

Qeyd edək ki, dövlət başçısının göstərişi ilə Bakıda və eləcə də respublikamızın ayrı-ayrı rayonlarında yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq davam etdirilir. 

Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramlarına uyğun olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi, Bakı və ətraf qəsəbələrin yollarının ən müasir səviyyədə inşası, yeni-yeni yol ötürücülərinin, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi istiqamətində son illər böyük sürət alıb. Paytaxtın Ziya Bünyadov prospektinin yenidən qurulması ilə bağlı görülən işlər də bu sıradandır.

Dövlət başçısı yolun açılışını bildirən lenti kəsib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh