"Lexus" beş yerli LX 570 təqdim etdi - FOTO

Avtodünya 1 Yanvar 2018 16:00 Oxunub 4805
"Lexus" beş yerli LX 570 təqdim etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2018-in baqaj tutumunun həcmi 1430 litrdir

Yaponiyanın premial brendi Lexus gözlənilmədən Los-Anceles keçirilən avtomobil sənayesi sərgisinə beşyerli yolsuzluq avtomobili LX 2018 modelini gətirib. Avtosfer.az auto.az-a istinadən bildirir ki, markanın nümayəndələrinin sözlərinə görə, modelin yeni versiyası istehlakçıların baqaj daşımaları üçün daha rahat olacaq. Məlumata əsasən, beşyerli yolsuzluq avtomobili Lexus LX 570 2018-in baqaj tutumunun həcmi 1430 litrdir.

Müqayisə üçün deyək ki, üç sıra oturacaqları olan eyni modelin baqaj həcmi üçüncü sıra qatlandıqdan sonra 1265 litr idi. 2018 model ilinə məxsus beşyerli yolsuzluq avtomobili Lexus LX 570 Şimali Amerika bazarı üçün 5,7-litrlik V8 mühərriki ilə təklif ediləcək. O, 383 a.g.-ə, 545 Nm-ə və 8-diapazonlu avtomat sürət qutusuna malikdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh