"BMW"-dən yeni kupe və rodster i8 - FOTO

Avtodünya 1 Yanvar 2018 17:00 Oxunub 3139
"BMW"-dən yeni kupe və rodster i8 - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərin maksimal sürəti 250 km/saatdır

Almaniyanın premial BMW markası çoxdan gözlənilən hibrid idman avtomobillərinin - BMW i8 Roadster və BMW i8 Coupe-nin təqdimatı ilə yeni səhifə açacaq. Yeniliklər Los-Anceles-2017 beynəlxalq avtosalonu çərçivəsində  təqdim ediləcək. Avtosfer.az auto.az-a istinadən bildirir ki, güman edildiyi kimi, hər iki model texniki cəhətdən tamamilə eynidir. Xatırladaq ki, modelin daha çox karbondan və alüminiumdan ibarət platformasında yerləşdirilmiş hibrid transmissiyadan istifadə edir.

Təkmilləşdirilmiş kupe BMW i8 Coupe və yeni rodster BMW i8 Roadster 1,5-litrlik, 3-silindrli, 231 a.g. olan (əvvəl 228 a.g. idi) mühərrikdən qaynaqlanır. Elektrik mühərriki 143 a.g.-ə (əvvəl 131 a.g. idi) malikdir. Ümumi güc isə 374 (377) a.g.-dür.

Bildirilib ki, təkmilləşdirilmiş hibrid idman kupesi BMW i8 Coupe 0-dan 100 km/saata 4,2 saniyəyə sürətlənir. BMW i8 Roadster isə bu əməliyyatı 4,4 saniyəyə yerinə yetirir. Avtomobillərin maksimal sürəti 250 km/saatdır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh