"Volkswagen" yeni idman krossoveri təqdim edib -

Avtodünya 1 Yanvar 2018 18:00 Oxunub 2010
"Volkswagen" yeni idman krossoveri təqdim edib -
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolsuzluq avtomobili Tiguan-ın R-Line idman versiyasını gətirib

Almaniyanın Volkswagen şirkəti Los-Anceles 2017 Beynəlxalq avtosalonuna kompakt yolsuzluq avtomobili Tiguan-ın R-Line idman versiyasını gətirib. Kompakt krossover VW Tiguan R-Line 2018 adi modeldən əlavə aksessuarlar dəsti ilə fərqlənir ki, bunun sayəsində avtomobil daha aqressiv və idmansayağı görünür. Avtosfer.az auto.az-a istinadən bildirir ki, xüsusilə, yolsuzluq avtomobili Volkswagen Tiguan-ın R-Line paketinə enli təkər arkaları, idmansayağı qabaq və arxa bamperlər, əlavə parlaq işləmələr, 19- və ya 20-düym ölçüdə tökmə təkər diskləri dəsti daxildir. İdmançı yolsuzluq avtomobili Volkswagen Tiguan R-Line 2018 Amerikada SEL və SEL Premium komplektasiyaları ilə əlyetərli olacaq. Brendin mətbuat xidmətindən bildiriblər ki, idman paketi üçün avtomobilin qiymətindən əlavə müvafiq olaraq 1795 və 1495 dollar ödəmək lazım gələcək. Hər iki paketə ParkPilot (Park Distance Control) funksiyası daxildir.

Kompakt yolsuzluq avtomobilinin digər versiyalarında olduğu kimi, Volkswagen Tiguan R-Line-da da amerikan müştərilərə 2,0-litrlik, 4-silindrli TSI mühərriki təklif olunacaq. O, 184 a.g.-ə və 300 Nm fırlanma anına, habelə 8-diapazonlu avtomat sürət qutusuna malikdir. Bundan əlavə, avtomobil ya qabaq, ya da tam 4Motion ötürücülü olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh