Keçiddən keçməyən piyadanı maşın vurub, sürücü qaçıb

Qaydalar 1 Yanvar 2018 14:47 Oxunub 1729
Keçiddən keçməyən piyadanı maşın vurub, sürücü qaçıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yeraltı keçidin üzərində baş verib

Mingəçevirdə yolu keçmək istəyən piyadanı maşın vurub. Hadisə Heydər Əliyev prospektində, yeraltı keçidin üzərində baş verib. Hələ ki, markası məlum olmayan avtomobil yolu keçmək istəyən təqribən 50-52 yaşlı kişini vuraraq hadisə yerindən qaçıb. Ağır və huşsuz vəziyyətdə olan yaralı dərhal xəstəxanaya çatdırılıb. Yaralı komada olduğu üçün hələ ki, şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı hazırda araşdırma aparılır.

 

"Report”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh