Sumqayıtda yol qəzası zamanı üç nəfər xəsarət alıb

Avtoxəbər 2 Yanvar 2018 23:46 Oxunub 1227
Sumqayıtda yol qəzası zamanı üç nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Sumqayıtda baş verən yol nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb. Qəzanı törədən avtomobil sürücüsü hadisə yerindən qaçıb. Belə ki, "Opel" markalı avtomobil şəhərin 11-ci mikrorayonunda yolu keçmək istəyən üç gənci vurub. Qəzada yaralanan Sumqayıt şəhər sakinləri, 17 yaşlı Cahangirov İsgəndər Rafiq oğlu, 16 yaşlı Hüseynov Həmid Ceyhun oğlu və 15 yaşlı Qasımov Emil Şahin oğlu yaxınlıqdakı insanların köməkliyi ilə təcili tibbi yardım xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, onlardan birinin vəziyyəti ağırdır. Qəza yerindən qaçan sürücünün kimliyi müəyyən edilib. O, saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb, hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh