Daha bir ağır yol qəzası; ölənlər və yaralılar var

Qaydalar 2 Yanvar 2018 23:50 Oxunub 2599
Daha bir ağır yol qəzası; ölənlər və yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə gələn təcili yardım maşınının şüşələri sındırılıb, sürücü döyülüb

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Sərkar yolunda baş verib. “QAZel” və “VAZ 21010” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-da olan 2 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Məlumata görə, qəzaya düşən şəxslərin yaxınları hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilinə hücum ediblər. Maşının şüşələri sındırılıb, sürücü isə bədən xəsarətləri alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh