DİQQƏT! Bakıda tıxaca qarşı böyük "əməliyyat" başladı

Gündəm 6 May 2014 18:02 Oxunub 2515
DİQQƏT! Bakıda tıxaca qarşı böyük "əməliyyat" başladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Küçələrdən avtomobillər yığışdırılır

Bakı şəhəri İcra Hakimiyyəti paytaxtın bütün rayon İcra hakimiyyətlərinə yollarda tıxacların azaldılması üçün yol polisinə yardım göstərmələri barədə göstəriş verib. Modern.az saytının məlumata görə, İcra hakimiyyərlərinin işçiləri qanunla qadağan olunmuş və nəqliyyatın normal hərəkətinə mane olan yerlərdə saxlanılan avtomobilləri yol polisi ilə birlikdə evakuator vasitəsilə cərimə meydançasına aparırlar. Son günlər şəhərin bir sıra yollarında tıxacların azalması da məhz bununla əlaqələndirilir. Məsələ ilə bağlı icra strukturları və Bakı şəhər Yol Polisi İdarəsi hələ ki, rəsmi açıqlam ilə çıxış etməyiblər. Gerçəklik odur ki, Bakının küçələri tıxacdan xeyli azad olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh