Buna görə heç kim ara məsafəsi saxlamır – 10 KN 434 - Bakıda çəkilən VİDEO

Avtoreyd 3 Yanvar 2018 23:56 Oxunub 4422
Buna görə heç kim ara məsafəsi saxlamır – 10 KN 434 - Bakıda çəkilən VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biri ara məsafəsi saxlayan kimi digəri “ağıllı çıxıb” özünü araya soxur

Bakıda sürücülər əksər hallarda ara məsafəsi saxlamırlar. Bu isə bir çox hallarda qəzalara səbəb olur. Bəzən maddi zərərlər nəticələnən qəzalar olsa da, xəsarət alanlar da olur. Avtosfer.az bildirir ki, sürücülər əksər hallarda ara məsafəsi saxlamağın faydasını dərk etmirlər. Lakin bəzən bu videodakı kimi, boşluq görən kimi özünü ora soxan sürücülərə görə ara məsafəsi saxlayanların sayı az olur. “Mercedes” markalı, 10 KN 434 dövlət nömrə nişanlı avtomobilin sürücüsü kimi sürücülər çoxdur. Onlara elə gəlir ki, dönmə işığını yandırıb istənilən yerə manevr etmək olar. Amma qanun deyir ki, dönmə işığını yandırmaq sənə heç bir üstünlük vermir. Eyni istiqamətdə hərəkətdə olan avtomobilin yoluna girmək, özü də zorla özünü iki daşın arasıns soxmaq ədəbsizlikdir. Sən heç kimdən artıq deyilsən, sən tələsirsənsə hamı sənin kimi tələsir. Onsuz da yolda sıxlıqdır, guya sən özünü ora soxmaqla irəli düşdün? Xeyr. Başqası sənin yoluna çıxanda hansı reaksiyanı verib ürəyində və dilində hansı ifadələri işlədirsinsə eynisini də sənin haqqında işlədirlər. Belə olmaz. Sürücü mədəniyyəti deyilən bir anlayış var, yolda onu unutmaq olmaz...

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh