Şirvanda piyadanı vurub qaçan sürücü saxlanıldı

Qaydalar 3 Yanvar 2018 15:35 Oxunub 1584
Şirvanda piyadanı vurub qaçan sürücü saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəsibə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil onu vurub

Bu gün səhər saatlarında Şirvan şəhəri Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər sakini Nəsibə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb. Avtoqəza nəticəsində N.Xəlilova elə hadisə yerindəcə ölüb. DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Emin Abbasov saxlanılıb. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Toğrul Nəsirli,

polis leytenantı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh