Azərbaycanda dəhşətli hadisə - Dəmir boru sürücünün qarnından girib belindən çıxdı

Avtoxəbər 3 Yanvar 2018 22:45 Oxunub 9449
Azərbaycanda dəhşətli hadisə - Dəmir boru sürücünün qarnından girib belindən çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə sürücü avtomobillə hərəkətdə olan zaman baş verib

Şamaxıda yolda baş verən bədbəxt hadisə nəticəsində sürücü ağır yaralanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Nağaraxana kənd sakini Rəşayiq Pərviz oğlu Məmmədov avtomobil idarə edər zaman yolun ortasında olan dəmir boru avtomobilin alt hissəsini deşərək sürücünün qasıq nahiyəsinə girib. O, ağır vəziyyətdə “təcili yardım” maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri Ədalət Həmidov bildirib ki, xəstə ağır vəziyyətdə şöbəyə daxil olub və ilkin müayinələr zamanı müəyyən edilib ki, dəmir boru xəstənin xayalıq hissəsindən daxil olaraq sağ bel nahiyəsindən çıxıb. Xəstə ilkin tibbi yardım aldıqdan sonra Bakının Tibb Univeristetinin Tədris Cərrahiyə Klinikasına göndərilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh