Bu kadrlar böyük marağa səbəb olur - Sanki həqiqi avtomobildi - VİDEO

Avtosfer TV 3 Yanvar 2018 23:59 Oxunub 1499
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunların hamısı Sabirabad sakini Əlirza Qasımzadənin hazırladığı maketlərdir

Minik və yük maşınları, traktorlar, qoşqular və s. Böyüdülmüş video görüntülərdə sanki həqiqi avtomobildi. Amma bütün bunların hamısı Sabirabad sakini Əlirza Qasımzadənin hazırladığı maketlərdir. Özü də maketlərin hamısını istifadəsiz materiallardan düzəldilib. Sabirabad rayon Axtaçı kənd sakini Əlirza Qasımzadə hər gün qarşımıza çıxan və daha çox təsərüfat işlərində istifadə olunan texnikaların maketlərini hazırlamaqla məşğuldur. Özünün dedyinə görə, onda bu işə maraq çoxdan olsa da, o 2008-ci ildə bu işlə məşqul olmağa başlayıb. Onu son əl işi becərmə traktoru olub. O, hazırladığı mini texnikaların sadəcə mühərriklərini müxtəlif elektrik avadanlıqlarından götürür..Digər bütün detalları özü hazırlayır.

Onun dediyinə görə əl işlərinə maraq böyükdür..Hətta bəzən ona həmin əl işlərini almaq üçün müraciət edənlərdə olub.

Gəncin ən böyük arzusu gələcəkdə özünə məxsus yeni texnika hazırlamaq və onların sərgisini təşkil etməkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh