Sumqayıtda piyadalar üçün hündür səki çətinlik yaradır – DYP-dən cavab - FOTO

Xəbərlər 4 Yanvar 2018 15:34 Oxunub 1702
Sumqayıtda piyadalar üçün hündür səki çətinlik yaradır – DYP-dən cavab - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi deyir ki, ərazidə nişanlanma xətləri tam qanuni çəkilib, səkinin hündür olmas isə...

Sumqayıt şəhəri Zülfi Hacıyev küçəsində piyadalar üçün qeyri-adi səkilər inşa edilib. Şəhər sakinləri publika.az saytına müraciət edərək bu səkilərin standartlardan kənar tikildiyini və piyadalar üçün narahatlıq yaratdığından şikayətlənir. Yolun digər tərəflərində alternativ keçid olmadığı üçün piyadalar məhz bu keçiddən istifadə edir. Lakin səkilərin normadan hündür olması piyadalara, xüsusilə, fiziki məhdudiyyətli şəxslərə, uşaqlara və qocalara narahatlıq törədir.

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildirilib ki, həmin ərazidə nişanlanma xətləri tam qanuni çəkilib və hərəkəti təşkilində hər hansı nöqsan yoxdur. Səkinin hündür olması isə yol polisinin səlahiyyətinə aid olan məsələ deyil.

Avtosfer.az fotoları təqdim edir:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh