Yeni il gecəsi beş piyadanı vuran sürücü həbs edildi - İmişlidə

Qaydalar 5 Yanvar 2018 00:31 Oxunub 1376
Yeni il gecəsi beş piyadanı vuran sürücü həbs edildi - İmişlidə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Seymur Mehtiyevə qarşı ittiham elan olunub

Dekabrın 31-də saat 20 radələrində İmişli şəhər sakini, 1989-cu il təvəllüdlü Seymur Mehtiyev idarə etdiyi "VAZ-2107” markalı 30 BD 026 dövlət qeydiyyat nişanlı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar - Səbuhi Mustafazadə, Sabir Cavadlı, Ruslan Cavadov, Şəhriyar Həsənli və Həsrət Nəsirovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Baş Prokurorluğunun mətbuat xidmətindən Avtosfer.az verilən məlumata görə, faktla bağlı İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. S.Mehtiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh