Bakıda təcili yardım maşınına yol verən olmadı - VİDEO

Yazarlar 5 Yanvar 2018 00:45 Oxunub 1306
Bakıda təcili yardım maşınına yol verən olmadı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təcili yardım maşınları üçün ayrıca hərəkət zolağı yaradılacaqmı?

Çağrışa gedən təcili yardım maşınına heç bir sürücü yol vermir. Görüntülər bir müddət əvvəl Bakıda çəkilib. Artıq bu kimi problemlərin aradan qaldırılması üçün Bakıda təcili yardım maşınları üçün ayrıca hərəkət zolağı yaradılacaq. Bununla da təcili yardım maşınlarının çagrışa vaxtında çatması problemi aradan qalxacaq. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi xüsusi hərəkət zolaqlarının çəkilməsi barədə təkliflər irəli sürüb. Hazırda Bakıda iki küçədə olan xüsusi zolaqlardan gələckdə daha 9 ünvanda istifadə edilməsi nəzərdə tutulur.

İctimai nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi zolaqlar operativ nəqliyyat vasitələrinin də işini asanlaşdıracaq.

Qeyd edək ki, hazırda paytaxtın Yusif Səfərov və Füzuli küçələrində xüsusi zolaqlar tətbiq edilib.Cərimələrin olmasına və xəbərdalıqlara baxmyaraq tıxac zamanı hələ də əksər sürücülər həmn zolaqlara daxil olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh