47 ilin avtomobilini müasir formada yığdırdı - 50 minə satmadı - VİDEO

Avtosfer TV 5 Yanvar 2018 00:41 Oxunub 1770
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşının salonu tam dəyişdirilsə də, mühərrik və əsas ehtiyat hissələrinə toxunulmayıb

47 ilin avtomobilini müasir formada yığdırdı... 50 min manat təklif etsələr də satmadı. Paytaxt sakini Ülvi Babayev babasından yadigar qalan Qaz-24 markalı minik avtomobilini rekonstruksiya edərək bu cür maraqlı görkəmə saldırıb. Avtosfer.az xəbər verir ki, sahibi avtomobilin 1971-ci ildə istehsal edildiyini, elə həmin ildən də babasında olduğunu deyir. Ülvi Babayev avtomobili yeni görkəmə salmaq üçün 15 min manata yaxın xərc çəkdiyini, təmirn də 6 aya başa gəldiyini bildirir. Maşının salonu tam dəyişdirilib və müasir formada yığılıb. Mühərrik və əsas ehtiyat hissələrinə isə toxunulmayıb.

Ülvi Babayev deyir ki, avtomobili satmaq fikri yoxdur. Sahibi bildirir ki, yeni görkəmdə olan Qaz-24 görənlərin diqqətini çəkir. O gələcəkdə də avtomobilin üzərində bir sıra dəyişikliklər etmək niyyətindədir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh