Borcu boğazını üzən erməni

Gündəm 24 Dekabr 2014 12:08 Oxunub 1225
Borcu boğazını üzən erməni
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ermənistanın ən iri milli şirkətinin 40 milyardlıq borcu

Ermənistan bazarının ən iri avia daşıma şirkəti "Armavia" özünün tam müflisliyini elan edib. Səbəb ağır maliyyə durumudur. İrəvanın "Jovoxurd " qəzeti şirkətin borclarının siyahısını dərc edib və o, insanı heyrətə salır. Avtosfer.az anspress-ə istinadən məlumat verir ki, "Armavia"nın 25 şirkətə böyük borcları var və onların içində xarici şirkətlər də yer alır. Şirkət öz keçmiş işçilərinə bir neçə ay əmək haqqı verməyib. Şirkətin yalnız xarici valyuta ilə borcları 90 milyon dollar təşkil edir. Yerli valyuta dram ilə olan borclar bura daxil deyil, burada artıq hesab milyarlarla gedir. Qəzetlər yazır ki, şirkət çox ümid edib ki, bu cür iri borcları ödəmək üçün dövlət ona yardım edəcək. Amma yoxlamalar göstərir ki, "Armavia" Ermənistan Respublikasına da borcludur. Bu borc bu günə kimi 41 milyard 350 milyon dram və 2 milyon dollar təşkil edir. Şirkətin bu borcların öhdəsindən necə gələ biləcəyi hələ də çox gizli olaraq qalır. Avia daşıyıcının taleyi bütün respublika iqtisadiyyatının taleyinə oxşayır. Rusiya və Avropa Birliyindən, bir sıra xarici diasporlardan gələn maliyyə axınları azalıb və ölkənin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına gözlənən ümidlər puça çıxdı. Böhran günlərində məzənnəsi hər yarım saatda bir dəyişən milli valyuta dramın iflası da Ermənistanın iqtisadi böhrandan çıxacağına olan son ümidləri də yox etdi. Buna görə də, qarşıdan gələn yeni 2015-ci il Ermənistan sakinləri üçün elə də xoş olmayacaq. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh